ice berg

ice berg Şeirlər 10-01-2023, 16:40

Qadın ağlayar...

Qadın ağlayar...
Hərdən darıxanda, qəribsəyəndə,
Doğman yox, hardasa yadın ağlayar.
Gözləri dikilib yollara sarı,
Ruhunu üşütmüş qadın ağlayar.

Qismətə xəyanət don biçiləndə,
Gözünə hicrandan qan biçiləndə,
Əzabkeş ömrünə can biçiləndə,
Qəlbini közərtmiş qadın ağlayar.

Sevgisiz ocağın ögey gəlini,
Həyatın ahuzar, giley gəlini,
Dağılmış təhnənin çörək gəlini,
Ömrünü çürütmüş qadın ağlayar.

Gecəsi gündüzə yoldaş olanda,
Öz dərdi özünə sirdaş olanda,
Əynində bir para nimdaş olanda,
Kədərə bürünmüş qadın ağlayar.

Min arzu, min dilək ölər içində,
Keçirər ömrünü kədər içində,
Çalar laylasını qəhər içində,
Körpəsin kiritmiş qadın ağlayar.

Kənan Rza.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
504 494 419 466 435 383

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.