APL: İlk hissənin ən güclüsü “Neftçi”, ikinci hissədə “ayılan” “Qarabağ” - ARAŞDIRMA
Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümündə komandaların hissələr üzrə göstəriciləri bəlli olub.
“Report”un araşdırmasına görə, mövsümün geridə qalan 18 turunda “Neftçi” birinci, “Qarabağ” isə ikinci hissələrin lideridir.
İlk 45 dəqiqələrə əsasən, “ağ-qaralar” 10 qalibiyyət, 4 heç-heçə, 4 məğlubiyyətlik nəticə göstəriblər. Oyun bir hissədən ibarət olsaydı, Premyer Liqanın yenilgisiz komandası “Qarabağ”ın passivində hazırda 1 məğlubiyyət olardı.
Matçların ikinci hissəsini isə “Qarabağ” üstün keçirib. Ağdam təmsilçisi görüşlərin fasilədən sonrakı dönəmində rəqiblərindən daha güclü olub. Qurban Qurbanovun kollektivi 48 qoldan 36-nı rəqib qapılarından məhz ikinci hissələrdə keçirib.