Musayev

Musayev İdman 16-01-2023, 23:00

“Qəbələ” son oyununda uduzdu

“Qəbələ” son oyununda uduzdu
“Qəbələ” Türkiyədəki təlim-məşq toplanışını başa vurub.

LoaDinG.aZ xəbər verir ki, “qırmızı-qaralar” Antalyadakı hazırlıq prosesində son yoxlama görüşünə çıxıb.

Elmar Baxşıyevin yetirmələri “Teplitse” ilə qarşılaşıb. Oyun Çexiya klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Qəbələ”nin heyətində yeganə qola 13-cü dəqiqədə Ramon Maçado imza atıb.

Bununla da, yanvarın 4-dən Antalyada toplanışda olan “Qəbələ” hazırlığı başa vurub. Bu müddətdə “Sepsi” (Rumıniya) ilə heç-heçə edən (2:2) və “Lukenvalde” (Almaniya) üzərində qələbə qazanan (3:2) “Qəbələ” sabah vətənə qayıdacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
357 368 345 355 319 368

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.