Azer2

Azer2 İdman 31-01-2023, 19:30

Bir aydan çox müddətdə üç "El-Klassiko" olacaq

Bir aydan çox müddətdə üç "El-Klassiko" olacaq
"Real" və "Barselona" bir aydan çox müddətdə üç dəfə üz-üzə gələcək.

Bu, İspaniya kubokunun yarımfinal mərhələsinin püşkatmasının nəticələrindən sonra məlum olub.
İspaniya kubokunun qaydalarına əsasən, yarımfinalda iki qarşılaşma keçirilir. "Real" və "Barselona" arasında ilk oyun "kral klubu"nun doğma stadionu "Santyaqo Bernabeuda martın 1 və ya 2-də, cavab oyunu isə aprelin 4, 5 və ya 6-da Barselonadakı "Kamp Nou"da keçiriləcək. Bu görüşlər arasında İspaniya çempionatının martın 18-i və ya 19-na planlaşdırılan oyunu keçirilməlidir. Beləliklə, bir aydan çox müddətdə üç "El-Klassiko" gözlənilir.

Qeyd edək ki, rəqiblər bu mövsüm artıq iki dəfə üz-üzə gəlib. İspaniya çempionatı çərçivəsində "Real" 3:1 hesabı ilə qalib gəlib. Kataloniya təmsilçisi isə İspaniya Superkubokunun finalında rəqibini eyni hesabla məğlub edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
361 410 333 355 410 362

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.