HASANLY

HASANLY Xəbərlər 1-02-2023, 13:41

Turab Teymurov: “Formula-1”lə müqavilənin uzadılması üçün danışıqlar müsbət istiqamətdə gedir”

Turab Teymurov: “Formula-1”lə müqavilənin uzadılması üçün danışıqlar müsbət istiqamətdə gedir”
“Yarış rəhbərliyi ilə yeni müqavilə üçün danışıqlar müsbət istiqamətdə gedir. Amma hələlik dəqiq məlumat yoxdur”.

“Report” xəbər verir ki, bunu “Formula 1” üzrə Azərbaycan Qran-prisinin mətbuat katibi Turab Teymurov media akkreditasiyası ilə bağlı seminarda bildirib.

O, müqavilənin uzadılması ilə bağlı yenilik olacağı təqdirdə mətbuata açıqlama veriləcəyini diqqətə çatdırıb. Teymurov əvvəlki turnirlərlə müqayisədə bilet satışında rekorda imza atdıqlarını söyləyib. Mətbuat katibi Azərbaycan Qran-prisi üçün 90 ölkədən bilet alındığını deyib.

Qeyd edək ki, bu il Azərbaycan Qran-prisi 28-30 apreldə keçiriləcək. Hazırkı sözləşməyə əsasən, 2024-cü ildə də Bakıda yarış təşkil olunmalıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
340 348 288 301 367 313

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.