ice berg

ice berg İdman 1-05-2023, 13:30

"Formula-1": Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırılıblar

"Formula-1": Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırılıblar
"Formula-1" üzrə Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırılıblar.

LoaDinG.aZ xəbər verir ki, əvvəlcə qalib idmançının və komandanın şərəfinə müvafiq olaraq Meksika və Avstriyanın Dövlət himnləri səsləndirilib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Bakı Şəhər Halqasının icraçı direktoru Maqsud Fərzullayev, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemi iştirak edib.

Onlar Bakı trekini ilk üç pillədə başa vuran pilotlara mükafatlarını təqdim ediblər.

Azərbaycan Qran-prisinin qalibi "Red Bull" komandasının sürücüsü Serxio Peres olub. Onun komanda yoldaşı Maks Ferstappen ikinci, "Ferrari"dən Şarl Lekler üçüncü yeri tutaraq, podiuma çıxıblar.

"Formula-1": Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırılıblar

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
533 597 515 470 457 451

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.