n2006

n2006 Sağlamlıq 9-02-2023, 09:51

Çox yaşamaq üçün qadınlar mütləq bu tərəvəzləri yeməlidir

Çox yaşamaq üçün qadınlar mütləq bu tərəvəzləri yeməlidir
Qadın və kişi orqanizminin quruluşu müxtəlifdir. Bu səbəbdən onların rasionuna olan yanaşma da müxtəlif olmalıdır.

Bunu Avstraliya diyetoloqları sübut edir.


LoaDinG.Az xarici KİV-lərə istinadla xəbər verir ki, diyetoloqlar 1998-ci ildə 1000 qadın iştirakı ilə qlobal araşdırmaya başlayıblar. Bütün bu müddət ərzində mütəxəssislər qadınların rasionunun analizini edirdilər. Alimləri xüsusilə tərəvəzlərin istehlakı maraqlandırırdı.

Araşdırma göstərib ki, kələmin bütün növləri (ağ, qırmız kələm, brüssel kələmi, kolrabi, gül kələmi), turp, şalğam kimi tərəvəzlər qadınların sağlamlığına xüsusilə müsbət təsir edir, onların arteriyalarını qoruyur, həyatını uzadır.

Hesabatda qeyd olunur ki, bu tərəvəzləri tez-tez yeyən qadınlarda boyun arteriyaların divarları orta hesabla 0,05 mm nazik olub. Çox cüzi görünən bu fərq qadınlarda vaxtından tez ölümün riskini 10-18% azaldır.

Lakin onu da nəzərə almaq lazımdır ki, müalicəvi effekt üçün qadın hər gün bu tərəvəzlərdən ən azı 200 qr yeməlidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
379 350 399 372 410 407

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.