n2006

n2006 Sağlamlıq 9-02-2023, 10:10

Nevroz necə müalicə olunur?

Nevroz necə müalicə olunur?
Müasir insanlar arasında nevroz çox yayılmış pozulmadır. Nevrozun əsas səbəbi uzunmüddətli xroniki stresdir.

Nevrozu vaxtında aşkar etmək və müalicəyə başlamaq çox vacibdir ki, bu pozulmanın fonunda insanda digər xəstəliklər inkişaf edə bilər (hipertoniya, ürək xəstəlikləri, depressiya və s.).


Həmçinin nevroz insanın şəxsi həyatında, ətrafdakı insanlarla münasibətlərə, iş fəaliyyətinə çox ciddi ziyan vura bilər.

LoaDinG.Az xəbər verir ki, nevrozun səbəbindən və ağırlığından asılı olaraq müalicə taktikası hər xəstə üçün fərdi şəkildə seçilir. Bəzi xəstələrin müalicəsində yalnız psixoteterapevtik metodikalar, digərlər xəstələrə isə həm psixoterapiya, həm də dərmanlarla müalicə təyin olunur.

Nevrozun müalicəsində bu kimi preparatlar istifadə oluna bilər:

- antidepressantlar

- trankvilizatorlar

- neyroleptiklər

Bütün bu preparatları yalnız mütəxəssis təyin etməlidir.

Həmçinin xəstəyə beyində qan dövranını və maddələr mübadiləsi proseslərini bərpa edən preparatlar, vitaminlər təyin oluna bilər.

Bundan əlavə müalicə zamanı massaj, iynəbatırma, refleksoterapiya, fitoterapiya (bitkilərlə müalicə) istifadə oluna bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
433 485 446 426 433 425

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.