HASANLY

HASANLY Xəbərlər 10-02-2023, 15:07

Orxan Nəzərli: “Bu ilin yanvar ayına 712 min vergi ödəyicisi qeydə alınıb”

Orxan Nəzərli: “Bu ilin yanvar ayına 712 min vergi ödəyicisi qeydə alınıb”
“Ötən il qeyri-neft sektoru üzrə dövriyyələrdə artım qeydə alınıb”.

Bunu “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda konfransda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.

O bildirib ki, qeyri-neft sektoru üzrə dövriyyələrin artımı 22,6%, qeyri-neft sektorunda ƏDV üzrə dövriyyənin həcmində artım 21,7% olub. Eyni zamanda elektron qaimə-faktura üzrə dövriyyənin həcmində də 26% artım müşahidə edilib:

“Ötən il aktiv vergi ödəyicilərinin sayı 7%, aktiv ƏDV ödəyicilərin sayı 15,1%, aktiv obyektlərin sayı 3,2% artıb. Bu ilin yanvar ayına isə 712 min vergi ödəyicisi qeydə alınıb”.

O.Nəzərli bildirib ki, 2019-2022-ci illərdə qeyri-neft özəl sektoru üzrə əmək müqavilələrinin sayı 291 min 435 olub, yəni ümumi əmək müqavilələrində xüsusi çəkisi 47,6% olub. DSMF gəlirlərində büdcədən ayırmalar 2018-2022-ci illər arasında 36%-dən 20%-ə doğru dəyişib, yəni 16% azalma olub".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
310 327 294 297 292 297

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.