Amandı
Mənimlə yaşayan canına qurban
Məni canın qədər sevmə, amandı
Sənin bir sözünə fədadır bu can
Amma ki, sən məni sevmə, amandı.
Bir gül tək dəyər ver mənə burda
Amma süni gül tək bilmə, amandı
İzn verməyibdir bizə Xuda da
Qismətə sən qarşı gəlmə, amandı.
Günəşin olaram istəsən əgər
Gecələr vəfasız demə, amandı
Vaxtsız gələn qonaq vaxtsız da gedər
Ömürlük gəl mənə demə, amandı!
Məni canın qədər sevmə, amandı
Sənin bir sözünə fədadır bu can
Amma ki, sən məni sevmə, amandı.
Bir gül tək dəyər ver mənə burda
Amma süni gül tək bilmə, amandı
İzn verməyibdir bizə Xuda da
Qismətə sən qarşı gəlmə, amandı.
Günəşin olaram istəsən əgər
Gecələr vəfasız demə, amandı
Vaxtsız gələn qonaq vaxtsız da gedər
Ömürlük gəl mənə demə, amandı!







