n2006

n2006 Gözəllik 1-03-2023, 12:00

Dırnaqları necə möhkəmləndirməli

Dırnaqları necə möhkəmləndirməli
[center][Dırnaqları necə möhkəmləndirmək lazımdır? Dırnaqların möhkəm və parıltılı olması üçün nə etmək lazımdır? Bu kimi suallar qadınları çox narahat edir! Çünki dırnaqlar da qulluq edilmiş gözəl saçlar kimi zərif cinsin nümayəndələrinin qürurudur.
Əslində dırnaqları möhkəmləndirmək olduqca asandır, sadəcə aşağıdakı məsləhətlərə riayət etmək kifayətdir:
1. Tərkibində biotin olan BAD (bioloji aktiv əlavələr) qəbul edin. Biotin çatışmamazlığı nəticəsində dırnaqlar kövrəlir, qırılır. Siz dırnaqlara qulluq etmək üçün tərkibində xüsusi komponentlər olan dərmanlar qəbul edə bilərsiniz.
2. Müntəzəm olaraq, dırnaqlarınıza massaj hərəkətləri ilə zeytun, ayı pəncəsi yağı çəkin. Belə massaj qan dövranını stimullaşdırır, nəticədə, dırnaqlar sürətlə uzanır. Bunu həftədə bir neçə dəfə edə bilərsiniz.
3. Dırnaq boyasını (lak) tərkibində qidalandırıcı komponentlər olan maye ilə silin.
4. Dırnaqlarınızı didməyin, qırmayın. Əgər bu vərdişdən əl çəkə bilmirsinizsə, aptekdən dırnaqlar üçün acı dadlı xüsusi boya alın.
5. Təmizlik işləri etdikdə, qab-qacaq və paltar yuduqda qoruyucu əlcəkdən istifadə edin. Xlorlu su ilə çox təmasda olmaq dırnaqlara və əl dərisinə olduqca pis təsir edir.
6. Unutmayın ki, düzgün şəkildə qidalandıqda, vitamin və minerallar (vitamin A və E, kalsium və dəmir) qəbul etdikdə dırnaqlar və saçlar möhkəm və parıltılı olur. E vitamini hüceyrələri oksigenlə zənginləşdirir, dırnaqların uzanması sürətlənir. Əgər dırnaqlarınız quru, zəif və qırılandırsa, rasionunuzu mütləq dəyişin. Dırnaqlar bir çox çətin qarşısı alınan mənfi faktorlar nəticəsində qırılır, möhkəmliyini itirir. Lakin əgər siz yuxarıdakı məsləhətlərə riayət etsəniz, dırnaqlarınız və saçlarınız güclü gözəl olacaqdır.
Dəbli xanımlar üçün qeyd: dırnaqlara çox böyük təsiri dırnaq boyaları edir, ona görə də məşhur markaların boyalarından istifadə etməyiniz gərəklidir./center]

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
419 409 316 315 303 302

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.