KiBirLi_PrenS.

KiBirLi_PrenS. Statuslar 6-03-2023, 10:11

Xeyirli isi sabaha buraxma

Xeyirli isi sabaha buraxma
Söz ağzında olduğu müddətdə sənin əsirindir, ağzından çıxdıqda isə sən onun əsirisən.

Heç kimin səhvini üzünə vurmayın. O səhvi başqa adamdan nümunə gətirərək bildirin.

Öz övladını ədəbləndirdiyin kimi yetimi də ədəbləndir. Övladına təhsil verdiyin kimi yetimə də təhsil ver.

Yalançıların əsas xüsusiyyətləri bunlardır: əvvəlcə sənə dil tökürlər, çox şey vəd edirlər, sonra səndən imtina edirlər və daha sonra arxanca danışırlar.

Danışıq dilinin susduğu və əməl dilinin tövsiyə etdiyi nəsihət heç bir qulaq tərəfindən rədd edilməz və heç bir fayda onun faydasına bərabər olmaz.

Susmaq sənə ləyaqətli bir paltar geyindirir və sonda üzr istəməkdən qoruyur.

Qısqanclıq insanın ürəyinə və sinirlərinə pis təsir edir və insanı xəstələndirir.

Fədakar insan pis cavab almaqdan çəkinir. İnsanların davranışlarını müşahidə edərək onlarla uyğunlaşan şəxs şəxsiyyətini də qoruyur.
Yumşaq əxlaq nəciblik və böyüklükdür. Heç kimə əzab vermə, gördüyün işlərin nəticələrini görərsən.

Həyat təcrübələri mənə doğru qərarı verməyi öyrətdi. Məni məhv etmək istəyənlərin özləri məhv oldu.

Yeni elmi şeylər öyrənərək ürəyinizdəki yorğunluğu və narahatlığı aradan qaldırın, çünki ürəyiniz də bədəniniz kimi yorulur.

Sənə pislik edən bir düşməni bağışla. Lakin vətənə və millətə zərər verəni əsla bağışlama.
Şiddətli istək xoşbəxtliyin ən böyük düşmənidir.

Yeni əmlak əldə etməzdən əvvəl yığdığınızı istifadə edin.

Kasıblar bəzən çox çətin vəziyyətlərdə olurlar. Dedikləri nə qədər doğru olsa da, onları dinləyənlər sözlərinə qulaq asmırlar.

Qısqanc adam hər zaman xəstə olar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
583 571 483 459 500 482

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.