Dua
Müsəlman namazı - Rəssam: Yousef Abdinejad
Bir insanın Allaha iman gətirdiyini göstərən önəmli əlamətlərdən biri də duadır. Dua edən insan özünün aciz və zəif qul olduğunu, istədiklərini özü tək yerinə yetirə bilməyəcəyini və bunları ona ancaq Allahın verə biləcəyini qəbul etmiş olur. Dua Allaha qul olmağın ən saf, ən təmiz, ən səmimi ifadələrindəndir. Quranda da möminlərin əsas xüsusiyyətlərindən birinin "gecə-gündüz səbir edərək Allaha dua etmək" olduğu belə xəbər verilir:
"Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar. Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan çevirmə. Qəlbini Bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan bir kimsəyə itaət etmə!"[1]
Ancaq duanın nə demək olduğunu və necə edildiyini yaxşı bilmək lazımdır. Çünki Qurandan kənar qaynaqlardan (məsələn, ata-anadan, ətrafdan, ənənələrdən) öyrənilən dua anlayışı adətən Quranda bildirilən həqiqi dua anlayışına uyğun gəlmir. Buna görə də Quranda bu mövzuda verilən nöqteyi-nəzəri və ruhi halı yaxşı dərk etmək lazımdır.
Quranda duanın ancaq təkbaşına və "için-için" edilməsinin vacibliyi bildirilir. Duanın həqiqətən istənilərək, Allah qarşısında insanın acizliyinin və fəqirliyinin qavranılaraq edilməsi vacibdir. Bu vəziyyətdə ediləcək dua Quranda bildirilən "için-için və yalvara-yalvara" ifadəsi ilə uyğun olacaqdır: