Ulya

Ulya Şeirlər 29-07-2017, 10:56

Balaca dostuma

Balaca dostuma
Balaca dostuma


Səssizliyin bütün Bakıya aid idi.
Nəfəslərin həyatı yaşadırdı xəbərin yox..
İki misra zəhər qalıb tökməyə boğazıma,
Qorxumdan ruhum da bədənimdə kilidli qalıb..
Düşünə bildin mi, doğru düzgün..
Axı düzgünlük tərəzisinə sığışmırdı xəyalların..
Axı azad idin, doğma dostum..
Nə belə səni qandalladı?
Axı sevirlər onlar bizi.. Etməzlər belə xəta.. İncitsələr, sevdiklərindədi.
İnandın mı sən bunlara?
İndi isə azadlığı qollarına zəncirləyib bəyaz kəfəndə gedərsən..
Arxaya baxma, qara saçlı balaca qadın,
Arxada buraxdın uşaqlığındı,
O, yenə ağllayar, sənsə susarsan..
Geridə qoyduğun çılpaqlığındı..
İndi yaxşı-yaxşı bürünmüsən acılara,
Birdən gülüş dəyər, qan bağlamış sancılara..
Amandır, balaca qız..
İnanma sən "yaxşılara"..
İndi fani sevgi, fani toxunuş..
Faniləşmiş arzular, qaranlıq yoxuş..
İndi burdan durub baxırsan sabaha..
Hə, canım gözüm, nə görürsən orda?
Mən görmürəm..
İndi düşüncəmdə bu ani hisslər..
Məni incidər, səni daha güclü edər.
İndi sənin yaşıl gözlərin yalandan gülər..
İçindən axan qanı silə bilərmi yad əzizlər?
Bircə-bircə tərk edirsən ümidləri..
Hə, bəlkə yuxudur?
Bəlkə qaranlıq dünyada qaranlıq yoldur?
İztirablarına sığdıra bildin mi gələcəyi?
Ruhunu təslim edəcəyin "yaxşı biridir"?
Eh, balaca dostum..
Sən də getsən, kim ovudar bu şəhərin əllərini?
Mən bilirəm axı, indiki göz yaşlarım sənin üzündə..
İndi tutduğum əllərini çəkmə ümiddən..
Uzaqda bir işıq yanır, aparacaq bizi..
Mənlə gedərsən?
Balaca dostum, tut əlimdən, gəl qaçaq,
Bizi həbs etdikləri "xeyir işlərdən"..
Mən nə desəm boş, kaş nəsə etsəm..
Kaş gəlib bir gecə daş ürəklərin vicdanlarını taxsam yerinə,
Sənə doğmalıqla baxan vecsiz qəlblərin kəssəm səsini,
Sevinərdin? Görmədiyim gülüşünü göstərərdin?
Hə, canım dostum, mən getməliyəm..
Bir az dərdləşim Allahla..
Dua edim azca..
Balaca qız, səni çox istəyirəm, unutma..

Redakte etdi Ugurboceyi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
618 595 580 565 508 526

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.