KiBirLi_PrenS.

KiBirLi_PrenS. İdman 30-03-2023, 16:30

Qarabağ”ın futbolçusu “Mançester Siti”nin müdafiəçisi ilə müqayisə edilib

Qarabağ”ın futbolçusu “Mançester Siti”nin müdafiəçisi ilə müqayisə edilib
“Qarabağ”ın futbolçusu “Mançester Siti”nin müdafiəçisi ilə müqayisə edilib
“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev Belçikada İngiltərə klubu “Mançester Siti”nin müdafiəçisi Serxio Qomeslə müqayisə edilib.

LoaDinG.Az`ın məlumatına görə, yerli “Anderlext” klubu sol cinah müdafiəçisini mövsümün sonunda transfer etmək qərarını qətiləşdirib.

Qış fasiləsində bir neçə oyunçusu ilə yollarını ayıran Pro Liqa təmsilçisi yayda transferlər üçün yüksək məbləğdə büdcə ayıracaq. Belçikalılar 2022-ci ilin yayında “Mançester Siti”yə satılan sol cinah müdafiəçisi Serxio Qomesə ən layiqli əvəzləyici qismində məhz Cəfərquliyevi görürlər.

23 yaşlı futbolçunun həm klubunda, həm də Azərbaycan millisində müntəzəm çıxış etməsi və sürəti sayəsində sol cinahdan tez-tez hücuma çıxması “Anderlext”in skautlarının diqqətini xüsusi cəlb edib.

Qeyd edək ki, Elvin Cəfərquliyevin “Qarabağ”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
339 366 344 359 400 346

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.