KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 6-04-2023, 15:22

Məşədi Dadaş məscidində dini ayinləri icra edən şəxsin adı açıqlanıb, yeni imam təyin olunacaq

Məşədi Dadaş məscidində dini ayinləri icra edən şəxsin adı açıqlanıb, yeni imam təyin olunacaq
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənlinin vəfatından sonra məsciddə dini ayinləri, Cümə namazlarını İlahiyyat İnstitutunun tələbəsi Elmir Vəliyev icra edir: "Biz bunu Məşədi Dadaş məscidinin icması ilə də müzakirə etmişik. 40 mərasimindən sonra məscidə din xadimləri təyin olunacaq. Əminəm ki, Elmir də orada fəaliyyətini davam etdirəcək”.

Dövlət Komitəsinin sədri əlavə edib ki, keçmiş Əbu Bəkir məscidində isə təmir işləri başa çatdırılıb və məscidin yaxın zamanlarda açılışının olması gözlənilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
314 418 370 330 366 341

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.