ice berg

ice berg Müxtəlif 6-04-2023, 20:35

Şreksevərlərə müjdə: Beşinci hissə gəlir

Şreksevərlərə müjdə: Beşinci hissə gəlir
"DreamWorks Animation" şirkəti "Şrek" ("Shrek") cizgi filmi franşizasının beşinci hissəsi üzərində işə başlayıb.

Bu barədə filmin prodüseri və "Illumination" animasiya studiyasının rəhbəri Kristofer Meledandri xəbər verib.

LoaDinG.aZ oxu.az-a istinadən xəbər verir ki, Meledandri hazırda cizgi filmləri üzərində işlərin çox erkən mərhələdə olduğunu əsas gətirərək süjetin təfərrüatını açıqlamayıb. Hazırda studiya səs aktyorları ilə danışıqlar aparır. Cizgi filminin yaradıcıları ümid edirlər ki, Mayk Mayers, Kameron Diaz və Eddi Merfi öz personajlarını yenidən səsləndirməyə razılıq verəcəklər.

Studiyanın rəhbəri, həmçinin eyham edib ki, tezliklə başqa bir spin-off görünə bilər, məsələn, "Çəkməli pişik" haqqında cizgi filmi kimi, məsələn, ulaq belə bir cizgi filminin baş qəhrəmanına çevrilə bilər.

Xatırladaq ki, div Şrek haqqında ilk tammetrajlı cizgi filmi 2001-ci ildə işıq üzü görüb. Film uşaq yazıçısı Uilyam Steyqin 1990-cı ildə nəşr olunmuş eyniadlı nağılı əsasında çəkilib. Bundan sonra daha üç tammetrajlı serial buraxılıb.


Şreksevərlərə müjdə: Beşinci hissə gəlir


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
561 468 532 561 613 468

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.