Etdiklərinizdən ibarətsiniz
Gecəyarı. Qapı döyülür. Qadın qapını açır:
- Yenə içmisən. Bezdim artıq, nə vaxta kimi belə olacaq?
Kişi qapıya qaçan qızını sakitcə qucağına alıb öpür, səntirləyə-səntirləyə divana sarı gedir.
- Maaş aldun?
- Yox.
- Da niyə gəlürdün, qalıb zəhərlənərdün dostlarınla. Biz acından ölsək də olar.
- Ata hekayə yazmışame, - qızı deyir.
- Afərin.
- Gətirim baxırsan?
- Hə.
- Atan yazıb ağ günə cıxardıb bizi... - Mətbəxdən qadının səsi gəlir.
Uşaq qorxa-qorxa dəftəri atasına uzadır.
Kişi eynəyini taxıb dəftərə baxır:
"Gecəyarı. Qapı döyülür. Qadın qapını açır:
- Yenə içmisən. Bezdim artıq..."