ice berg

ice berg İdman 7-04-2023, 11:30

Premyer Liqa: "Qəbələ" bu gün "Zirə"ni qəbul edəcək

Premyer Liqa: "Qəbələ" bu gün "Zirə"ni qəbul edəcək
Bu gün Azərbaycan Premyer Liqasında XXIX tura start veriləcək.

LoaDinG.aZ "Report"a istinadən xəbər verir ki, açılış oyununda "Qəbələ" "Zirə"ni qəbul edəcək. Hazırda bölgə təmsilçisi 36 xalla 5-ci, Bakı klubu isə 38 xalla 4-cü pillədə qərarlaşıb.

İki komanda indiyədək ölkə çempionatında 30 dəfə qarşılaşıb. Bunların 10-da "qırmızı-qaralar", 6-da "qartallar" qələbə qazanıblar. 14 görüşdə qalib müəyyənləşməyib. Topların nisbətində də əyalət klubunun üstünlüyü var - 36:26.

"Qəbələ" son 4 oyunda qol vurub. "Zirə" son 12 səfər qarşılaşmasında qalib gəlməyib.

Azərbaycan Premyer Liqası
XXIX tur
7 aprel (cümə)

17:00. "Qəbələ" - "Zirə"
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu.

Qeyd edək ki, turun "Səbail" - "Sabah" və "Sumqayıt" - "Neftçi" oyunları aprelin 8-də, "Turan Tovuz" - "Şamaxı" və "Qarabağ" - "Kəpəz" matçları isə aprelin 9-da olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
356 378 344 339 293 354

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.