sonsuz_sevgi

sonsuz_sevgi İslam Dini 10-04-2023, 18:30

Ölüm və Həyat

Ölüm və Həyat
İnsanın həyatı iki hissədən təşəkkül etmişdir. Birincisi dünya həyatı, digəri isə axirət həyatıdır.

Qurani Kərimdə "Allah insanların hansılarının daha gözəl işlər etdiyini sınamaq üçün həyatı və ölümü yaratmışdır" (Mülk Surəsi 2) buyuraraq həyatın da ölümün də Allah (c. c.) tərəfindən yaradıldığını bizə xəbər vermişdir.

Dünya həyatı, insanın dünyaya gəlişi ilə başlar, insan üçün qaçınılmaz son olan ölümlə tamam olar. Uca Allah, "Hər canlı ölümü dadacaq. Ancaq qiyamət günü etdiyinizin qarşılığı sizə tastamam veriləcək. Kim cəhənnəmdən uzaqlaşdırılıb cənnətə girsə həqiqətən qurtuluşa çatmışdır. Dünya həyatı, hiyləçi əmtəədə başqa bir şey deyil." (Ali imran Surəsi 185) buyurmuşdur. Ölüm isə, Allahın təqdir etmiş olduğu ömürün sona çatması deməkdir. Hər canlı Allahın icazəsiylə ölümü dadacaq. Allahdan başqa hər varlıq ölümlüdür.

Müşriklərin Peyğəmbər Əfəndimizin ölümünü xahiş etmələri üzərinə ölüm mövzusunda kimsəyə imtiyaz edilməyəcəyini vurğulayan bu ayədə:

"Şübhəsiz sən də öləcəksən onlar da öləcək" (Zumər Surəsi 30); "Biz səndən əvvəl də heç bir bəşərə ölümsüzlük vermədik, indi sən ölsən onlar əbədimi qalacaqlar?" (Ənbiya Surəsi 34) buyurularaq peyğəmbərlər daxil bütün canlıların öləcəyi xəbər verilmiş, digər bir ayədə də "Hər millətin müəyyən bir əcəli vardır, onların əcəli gəldimi nə bir an geri qala bilər, nə də önə keçə bilər." (Ə'RAF Surəsi 34).

Peyğəmbərimiz (s.ə.s.) bəzi xəttlər çəkərək belə buyurdu: "Elə bu xətt ümid etdiyi əməlidir. Bu xətt də əcəlidir. İnsan əməlini gözləyərkən özünə yaxın olan əcəli qəflətən geliverir." (Buxari, Rikak, 4, VII, 171).

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
588 560 467 477 539 485

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.