n2006

n2006 İslam Dini 18-04-2023, 13:30

Yaxşılıq Etməyin Dəyəri

Yaxşılıq Etməyin Dəyəri
*** Qurani-Kərim buyurur: Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq edirsiniz, əgər pislik etsəniz, özünüzə pislik edirsiniz. {İsra surəsi, ayə 7}

*** Peyğəmbər (s.ə.a.s.) buyurur: Yaxşılığı qəlbin nuru, üzün zinəti və işin qüvvəsi, günahı isə qəlbin qarası, işin əzifliyi və üzün eybəcərliyi gördüm.

*** Qurani-Kərim buyurur: Həqiqətən Allah-Təala ədalətli olmağı, yaxşılığı, qohum əqrəbaya bəxşiş verməyi əmr və çətinlikləri, pislik və zülmü qadağan edir... {Nəhl surəsi, ayə 90}

*** Əmir-əl-Möminin Əli (ə.) buyurur: Yaxşılıq etməklə qəlblr ələ alınar.

*** Əmir-əl-Möminin Əli (ə.) buyurur: Bəndələrə yaxşılıq etmək o biri dünya üçün nə gözəl azuqədir.

*** Peyğəmbər (s.ə.a.s.) buyurur: Sənə pislik edənə yaxşılıq et.

*** Qurani-Kərim buyurur: Hər kəs bir yaxşı iş görərsə, ona 10 dəfə artıq mükafat verilər. Hər kəs bir pis iş görərsə, o qədər də cəza görər və onlara zülm olunmaz. {Ənam surəsi, ayə 160}

*** Əmir-əl-Möminin Əli (ə.) buyurur: Yaxşılıq etmək əbədi ehtiyatdır. (Yəni, həmişə qalandır və yaxud da həmişəlik əbədi olan Qiyamət gününün ehtiyatıdır).

*** Əmir-əl-Möminin Əli (ə.) buyurur: Sənə yaxşılıq olunduqda onu yada sal, sən kiməsə yaxşılıq etdikdə isə onu yaddan çıxart!

*** Peyğəmbər (s.ə.a.s.) buyurur: Heç bir yaxşı əməli aşağı tutma. Hətta qardaşınla gülərüz təmasda olmaq (kimi əməl) olsa belə!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
661 542 493 575 517 454

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.