n2006

n2006 Şeirlər 1-05-2023, 17:30

“Toxunmayın mənə, yaman kövrəyəm”

“Toxunmayın mənə, yaman kövrəyəm”
Sabahki günümü mən gözləyərkən,
Baxdım ki, illərim köç edib getdi.
Kimə ki bağlandım, mən daha erkən,
O kəs dəyərimi heç edib getdi.
Hərdən düsünürəm, kimə gərəyəm ?!
Toxunmayın mənə, yaman kövrəyəm !

Həyatda özünü ideal sanan
Yaxsı insanları bəyənmir, niyə ?
Yalnız qəlb qırmaqla tanınır insan
Hər vaxt bu sözləri demişəm deyə,
İndisə, deyirlər, mən daş ürəyəm
Toxunmayın mənə, yaman kövrəyəm !

Xətrimə dəyməyi günahdır, sanmaz,
Bir dəfə etdisə, edər, usanmaz,
Qəlb qırmaq ən böyük gunahdır, insan
Tək mən əfv etməklə suç bagıslanmaz
Allah bagışlasın, mən nə karəyəm
Toxunmayın mənə, yaman kövrəyəm !

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
552 496 494 500 482 488

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.