KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 3-05-2023, 12:30

Həyatını itirən Fərid Bakarovun xalası: "Məşqçinin qanında narkotik tapıblar

Həyatını itirən Fərid Bakarovun xalası: "Məşqçinin qanında narkotik tapıblar
Uşaq yıxılsa, bir tərəfi göyərərdi. Onun bütün bədəni gömgöy olub".

Bu sözləri Baku TV-nin "Arzunun vaxtı" verilişində aprelin 29-da məşq zamanı aldığı xəsarətlər nəticəsində həyatını itirən 7 yaşlı Fərid Bakarovun atası deyib.

O bildirib ki, oğluna məşq zamanı şiddət göstərən və ölümünə səbəb olan Mehman Xəlilov ən ağır cəza almalıdır: "O adam həbsxanada çürüməlidir".

Mərhum azyaşlının xalası isə Fəridin ölümündə təqsirləndirilən M.Xəlilovun narkotik istifadəçisi olduğunu iddia edib:

"Onun qanında narkotik tapıblar. Bunu hamı bilirmiş. Həmin məşqçi başqa uşaqlara da işgəncə verirmiş".

Həmçinin qeyd edilib ki, anası hələ Fəridin döyüldüyü videonu görməyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
391 382 455 396 428 376

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.