♥Мой Мир♥

♥Мой Мир♥ Şeirlər 8-12-2015, 12:19

Yazaraq Bitirəcəyəm Səni

Yazaraq Bitirəcəyəm Səni

Hər kəlmədə, hər sözdə bir damla sevgi qoyacağam.
Əsərlər yazacağam o sevgini bitirə-bitirə...
Səni yazılarımda göməcəyəm.
Hər şeir, hər əsər sevgi qoxuyacaq.
Sevəcəklər məni səni bitirdiyim şeirlərlə...

Yazaraq bitirəcəyəm səni...
Əvvəlcə tanışlığımızı, sonra anidən sənə tutulmağımı.
Hər kəlmədə göz yaşı olacaq, sevgi olacaq...
Hər kəs doğmalıq duyacaq bu sətirlər də.
Hər kəsin həyatından bir parça,
Tərtəmiz sevgi....


Yəqin ki, nə zamansa peşman olacaqsan bu sevgini itirdiyin üçün.
Yəqin ki, əzab çəkəcəksən bu sevgini ürəyimdə bitirdiyin üçün..

Mən sevgimi kəlmələrə verəcəyəm...
Səni misralarımda dəfn edəcəyəm...
Səni yazılarımda bitirəcəyəm..

Yazaraq Bitirəcəyəm Səni

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
866 749 712 688 672 674

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.