ice berg

ice berg Məsləhətlər 27-05-2023, 12:00

Bu üsullar Mürəbbə və balı şəkərləşmədən qoruyur

Bu üsullar Mürəbbə və balı şəkərləşmədən qoruyur
Bal və mürəbbə məhsullarını uzun müddət şəkərlənmədən qorumaq üçün etməli olduğunuz bəzi üsullar var.

Səhər süfrələrinin olmazsa olmazlarından olan bal və mürəbbələrin tək başına şəkərlənməsinin qarşısını almaq mümkündür. Əgər siz də evdə bu problemlə qarşılaşırsınızsa, bu üsulları mütləq sınamalısınız.

Soyuducuda saxlamayın

Bal və mürəbbə kimi məhsulları soyuducuya qoymaq əvəzinə sərin və qaranlıq yerdə saxlamaq şəkərlənmənin qarşısını alacaq.

Çünki soyuducuda olan bal və mürəbbələrin soyuqdan donaraq şəkərlənməsi qaçılmazdır.

Şüşə qablarda saxlayın

Mürəbbə və bal kimi məhsulları plastik qablara qoymaqdan çəkinin. Şüşə qablarda saxlayacağınız bal və mürəbbələrin ağzını möhkəm bağlayın və işıqsız, sərin yerdə saxlayın.

Təmiz qaşıqlardan istifadə edin


Yaş və ya işlənmiş qaşıqla boşqaba bal və mürəbbə qoymamalısınız. Bunun səbəbi isə qaşığın üzərindəki mikroorqanizmlərin mürəbbə və ya bal ilə təmasda olduqda onun şirinləşməsinə səbəb olmasıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
372 395 394 369 414 375

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.