Arif Buzovnalı – “Eşidirsənsə tələs”
Şair, qəzəlxan, tədqiqatçı, şeirşünas Arif Buzovnalı (Əliyev Arif Rauf oğlu), 6 sentyabr 1972-ci ildə Bakının Buzovna qəsəbəsində ziyalı ailəsində dünyaya gəlib. 2011-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin Xəzər (Bakı) bölməsinin sədri, 2017-ci ildən “Poeziya klubu”nun sədri, 2022-ci ildən AYB “Füzuli” komissiyasının sədridir.
O, gənc yaşlarından Klassik ədəbiyyata meyl etmiş və sonradan bir çox ədəbi məclislərin üzvü olmuşdur. “Ömrün ötən anları”, “Mərifətdən həqiqətə”, “Səhərimə nə qalıb ki”, “Xəzərim” və “Sarı güllər” adlı beş kitabın müəllifidir. Hacı Arif, əruz vəzninin Azərbaycan ədəbiyyatında işlənən bütün bəhrlərində gözəl şeir nümunələri yaratmaqla bərabər, heca və sərbəst vəznlərdə də uğurla qələmini sınamışdır. Dövri mətbuatda poeziyası ilə yanaşı onlarla müxtəlif mövzuda məqalələri dərc olunmuşdur. Ailəlidir, iki övladı var.
İndi isə, bu gözəl şairin “Eşidirsənsə tələs” adlı şeiri üçün Azərbaycan bəstəkarı, Azərbaycanın xalq artisti, Azərbaycan bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə elmləri doktoru, dosent Aygün Səmədzadə tərəfindən bəstələnmiş və Azərbaycan Respublikasının əməkdar artisti Elton Hüseynəliyevin yüksək məharətlə ifa etdiyi bu gözəl əsəri Sizin üçün təqdim edirəm. Xoş dinləmələr!

Eşidirsənsə tələs
Kökləyib qəm məni sənsizliyə, ey incə çiçək, baxışın xırdalanır.
Hafizəmdə ən əziz xatirələr tərpənərək, yuxusundan oyanır.
Dəlilər tək coşub əfqanə gəlir birdən ürək, bədənim parçalanır.
İstəyim bircə Xudadan budu, çatsın sənə səs, eşidirsənsə tələs.
Ciddi cəhd ilə dönüb min dəfə baxdım geriyə, səhv olub harda nədə.
Ümüd etdim bütün ömrü yetərəm vəslə deyə, sənsizəm gəl hələ də.
Ruhumu qəh-qəhələrlə qəm alır çərçivəyə, qalıram məngənədə.
Dustağam hicrə, dağılmır ki dağılmır bu qəfəs, eşidirsənsə tələs.
Əlinə dəysin əlim, sən danışdıqca gülüm, qoyma həsrətdən ölüm,
Eşidirsənsə tələs.
Şaxta vurmuş, ürəyim arzulayır isti nəfəs,
Eşidirsənsə tələs
Edə bilməz dağınıq saçlarının ətrin əvəz, gələ min gül qoxusu.
Səni andıqca vücudum da dönüb oldu mərəz, bu məhəbbət yuxusu.
Dilə tutdum fələyi bəlkə bizə zülm eləməz, ələ keçmir yaxası.
Sənsiz ömür etməyə dünyada nə güc var, nə həvəs