Ulya

Ulya Şeirlər 2-08-2017, 18:19

Bəhanə

Bəhanə
Bəhanə


Özündən bezən çoxmuş,
hazırdır bəhanə də...

Biri hündürə çıxmış,
başqa bir axmağı da ,
kəndir tapmış özünə...

Deyən də vardır hələ,
canını qurtardı bax!...
Sual-sorğu,a qardaş,
o tərəfdədi ancaq!...

Özümü asmaram mən,
acı-ağrı da olsa,
bu yükü öz çiynimdə

daşımaq istəyirəm...

Allahımın verdiyi
bu ömrü sona qədər
yaşamaq istəyirəm!...


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
588 559 570 597 611 598

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.