Azer2

Azer2 İdman 24-06-2023, 10:55

PSJ Mbappeyə vaxt qoydu

PSJ Mbappeyə vaxt qoydu
PSJ futboolçusu Kilian Mbappeyə klubdakı gələcəyi ilə bağlı qərar verməsi üçün vaxt qoyub.

Fransa mətbuatı xəbər verir ki, Paris təmsilçisi Kilianın 2-3 həftə ərzində yekun qərarını açıqlamasını tələb edib. Klub sahibləri oyunçunun dəqiq mövqeyini, müqavilənin uzadılmasına razı olub-olmadığını eşitmək istəyirlər. Əks-halda fransalı bu yay satılacaq.
Daha əvvəl Mbappenin 250 milyon avroya "Real"a keçə biləcəyi haqda xəbələr yayılmışdı. PSJ hücumçu ilə bağlı iki variantı nəzərdən keçirir: ya müqavilənin uzadılması, ya da satış. Paytaxt təmsilçisinin gələcək baş məşqçisi Luis Enrike də Mbappenin gedişinə etiraz etmir.

Qeyd edək ki, 24 yaşlı hücumçunun PSJ ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. O, 2017-ci ildən bu komandada oynayır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
360 309 336 325 302 342

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.