n2006

n2006 Dəri və saç 28-06-2023, 19:35

Saçını ev şəraitində boyayanlara 7 məsləhət

Saçını ev şəraitində boyayanlara 7 məsləhət
Saçlarında gün keçdikcə artan ağlardan ya da həmişə eyni rəng saçla gəzməkdən yorulanların seçimi təbii ki, saç boyalarıdır. Saç boyamaq əməliyyatı üçün əksəriyyət salonlara getsə də, bəzən qadınlar saçlarını özləri boyamağa üstünlük verirlər. Təbii ki, saçınızı peşəkar olmayan birinə həvalə etdiyinizdə diqqət etməli olduğunuz bəzi məqamları vardır.

Əvvəlcə alacağınız saç boyasının məzmununu mütləq oxuyun. Boyanı saçınızda verilən müddətdən daha uzun müddət gözlətməyin.
Saçınızı tez-tez rəngləməyin. Boyanın içində olan kimyəvi maddələr saçınızı köhnəldər və qırılmasına yol açar.
Saç boyası seçimində mümkün qədər bitki tərkibli olanına üstünlük verin.
Boya alarkən tərkibindəki kimyəvi maddələri mütləq oxuyun. Hansısa bir maddəyə qarşı allergiyanız varsa,əsla istifadə etməyin.
Saçlar boyandıqdan sonra rəngin yüzdə 50-ni yuyulma və xarici faktorlar səbəbiylə itirər. Bunun üçün boyadan sonrakı 24 saat ərzində saçınızı yumayın. Əgər yuyacaqsınızsa, mütləq rəng qoruyucu şampunlardan istifadə edin.
Saç rənginizi saç cədvəlindən seçərək və ya yazılı olan tövsiyələr istiqamətində istifadə edin.
Boya qarışığını hazırladıqdan sonra dərhal tətbiq edin. Əks halda boya funksiyasını itirəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
512 547 458 437 536 509

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.