ilahe.alieva

ilahe.alieva Maraqlı 16-07-2023, 09:30

Qırğız atı

Qırğız atı

Qırğız atı— Qırğız atı bir at cinsidir. 4 min il əvvəl atçılıqla məşğul olan qırğızların qədim əcdadlarının atlarından törəmişdir. Monqol və qismən şərq at cinslərinin əhəmiyyətli bir təsirinə məruz qalmışdır. Qırğız atlarının qabarıq bir cins xüsusiyyətinə malikdir: qısa, maral boynuna bənzər boyuna, inkişaf etməmiş küt bir uzunsov bədənə və güclü kürəyə, sallanan krupa, çox güclü dırnaqlara sahibdirlər. Orta boy 137 sm, ön ətrafı sümüklərinin eni 17,5 smdir. Rəngi müxtəlifdir: ən çox yayılmış rəngi qəhvəyi və bozdur.

Atlar çox davamlı və iddiasızdır. Demək olar ki, bütün il boyunca otlaqlarda otarılırlar. Yalnız qışda samanla bəslənilirlər. Qırğız atları istər minik istərsə yük heyvanalrı kimi istifadə olunurlar. Qırğız cinsinin damazlıq minmə Don ayğırları ilə yaxşılaşdırılması nəticəsində dağlarda işləməyə uyğunlaşdırılmış Yeni Qırğız cinsli atlar yetişdirilmişdir. Yaxşı bir bədəndə onlar mütənasib, gözəl şəkildə qurulmuş görünürlər. Beli qısadır, lakin güclüdür. Yarışlarda 20–30 verst məsafədə orta hesabla 1 dəqiqə 36 saniyəyə bir mil qət olunur.

Hal-hazırda Qırğızıstan yetişdiriciləri Qırğız atının cins keyfiyyətlərini yaxşılaşdırmaq üçün çalışırlar. 2007-ci ildə onun qorunma vəziyyəti Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən "risk altında deyil" olaraq qeyd edilir.
İstifadəsi
Qırğız atı minik, yarışı və yüngül qoşqu atı kimi istifadə olunur. Ət və süd istehsalı üçündə olduqca əhəmiyyətlidir. 2002-ci ildə Qırğızıstanda at əti istehsalı 24 800 ton olmuşdur ki, bu da həmin ildə istehsal olunan ümumi ətin təxminən səkkizdə bir hissəsini təşkil edirdi.

Kok-boru (Qırğızıstanda ulak-tartış kimi də tanınır), oodarış (at üstündə güləş) və kyz-kuumai (təxminən "qızı qovmaq" mənasını verir) kimi ənənəvi oyunlarla Qırğız atı istifadə olunmuşdur. Üstəlik sovetlərdən əvvəl qırğızların köçəri keçmişinin simbolu olduğu kimi həmdə postsovet Qırğızıstan mədəniyyətinin və milli kimliyinin bir elementi olmuşdur

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
469 478 430 414 437 423

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.