ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 18-07-2023, 01:59

Bakıda 12 mərtəbəli yaşayış binasında YANĞIN

Bakıda 12 mərtəbəli yaşayış binasında YANĞIN
Suraxanıda onikimərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə Loading.Az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

"112" qaynar telefon xəttinə Bakı şəhərinun Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində onikimərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən ikiotaqlı mənzilin eyvanında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilin digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 60 m² olan mənzilin eyvanında 5 m² sahədə məişət tullantıları və taxta qırıntıları yanıb.

Yanğın baş vermiş mənzil, habelə digər mənzillər yanğından mühafizə olunub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
424 397 394 416 384 385

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.