cabir

cabir Xəbərlər 12-07-2024, 13:00

Bakıda yaşayış binasında yanğın - Video

Bakıda yaşayış binasında yanğın - Video
Paytaxtın Xətai rayonu, M.Hadi küçəsində yaşayış binasında yanğın baş verib. Sun.Az " xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın pilləkən qəfəsində baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində 10 kv.m. sahədə taxta tullantıları və 8 p.m. elektrik kabeli yanıb, yüksək temperaturdan 2-ci və 3-cü mərtəbələrin pilləkən qəfəsi deformasiya edib.

Mənzillər yanğından mühafizə olunub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
211 281 192 236 232 194

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.