ice berg

ice berg Qadın Dünyası 20-07-2023, 19:00

Qadınların təhlükəli prosedurlara niyə marağı var?

Qadınların təhlükəli prosedurlara niyə marağı var?
Psixoloq Susan Albers gözəllik üçün təhlükəli prosedurlara həvəsin səbəbini açıqlayıb.

Take.aZ xarici mətbuata istinadən xəbər verir ki, psixoloqun fikrincə, qadınların təhlükəli gözəllik prosedurlarına, kimyəvi tərkibli gözəllik vasitələrinə heyran olması çox vaxt gözəl olmaq sindromu ilə əlaqələndirilir.

Onun sözlərinə görə, bu sindrom bir xəstəlik deyil, əksinə, fiziki və psixoloji zərər verən şəxsi keyfiyyətlərdir:

“Bu keyfiyyətlərə əsasən mükəmməllik, hər zaman başqalarını sevindirmək istəyi, öz maraqlarını qurban vermək daxildir. Qadınlar tez-tez başqalarını razı salmaq üçün özlərinə müxtəlif prosedurlar etdirirlər. Bu, gözəllik adı altında təhlükəli və özünü məhv edən hərəkətlərə yol aça bilər.

Qadınlar başqasına oxşamaq üçün plastik əməliyyata qərar verə, dəbli qarderob naminə borca və kreditə girə, ya da xarici görünüşünü dəyişməyə çalışan dərmanlardan istifadə edə bilərlər. Bu sindrom uşaqlıqda yaranır və yetkinlik dövründə mümkün psixoloji travmalar səbəbindən davam edir”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
421 461 448 420 449 422

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.