ice berg

ice berg Şeirlər 22-07-2023, 22:00

"Hər qadın bir parça şeir qoxuyur..."

"Hər qadın bir parça şeir qoxuyur..."
Hər şeir bir parça qadın qoxuyur.
Qadın hansımıza ilham verməyib?
Qarşılıq olmadan de, hansı şair,
Gizlidən-gizliyə bir qız sevməyib?
Qadın-bir cahanın daşıyıcısı!
Vətənin özü də anadır, ana.

Bir gənc ssenarinin tək yazıçısı
Hər vərəq, hər sətir borcludur ona!
Bütün xəyalların baş rolu qadın
O, həp bir zirvədə dayanacaqdır.
Bir gənc izləyəcək onu hər addım,
Sevgisin gizlincə yaşadacaqdır!

Hər küskün baxışda min arzu ölür
O üz mələklərin üzü deyilmi?
Bir qadın güldüsə, bir həyat gülür
Qadın yaşamağın özü deyilmi?

Yenə bu payızın simfonyasında
Hər nota bir gülüş sədası doğur.
Gizlənib bir bənddə, bir misrasında,
Hər şeir bir parça qadın qoxuyur!

Müəllif: İslam Qədirli

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
512 537 510 521 465 472

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.