ice berg

ice berg İdman 19-08-2023, 17:00

"Arsenal" "Barselona"nın müdafiəçisini alır

"Arsenal" "Barselona"nın müdafiəçisini alır
"Arsenal"ın qadınlardan ibarət klubu "Barselona"nın ispaniyalı müdafiəçisi Laia Kodinanı transfer etmək üçün razılığa gəlib.

Loading.aZ xarici mediaya istinadla bildirir ki, futbolçunun İspaniya millisi ilə birlikdə turnirin finalına yüksəldiyi 2023-cü il qadınlar arasında dünya çempionatından dərhal sonra Londona gedəcəyi gözlənilir.

WFM-2023 finalında İspaniya və İngiltərə yığmaları qarşılaşacaq. Qarşılaşma bazar günü, avqustun 20-də baş tutacaq.

Kodina iyun ayında "Barselona" ilə qadınlar arasında ikinci Çempionlar Liqasının qalibi olub. "Arsenal" qadınlar arasında futbol çempionatında yalnız "Mançester Yunayted" və "Çelsi"dən geri qalaraq üçüncü yeri tutub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
330 344 351 342 350 361

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.