KiBirLi_PrenS.

KiBirLi_PrenS. İslam Dini 12-04-2023, 19:30

Peyğəmbərin qızına olan məhəbbəti

Peyğəmbərin qızına olan məhəbbəti
Tarixə nəzər salan zaman görürük ki, Həzrət Peyğəmbər (s) əziz qızı Həzrət Fatiməyə (s.ə) çox bağlı idi. Onların arasında olan bu bağlantı ancaq ata və övlad bağlantısı deyildi. Əslində Həzrət Fatimə (s.ə) bu məhəbbət və əlaqəyə ləyaqət və tutum əldə etmişdi.

İbni Əbil-hədid nəql edir: "Peyğəmbər (s) Fatiməyə (s.ə) böyük məhəbbət göstərərdi. Onu çox istəyərdi. Peyğəmbərin (s) Fatiməyə (s.ə) olan təzimi və hörməti insanların güman etdiklərindən daha çox idi. Adətən ataların qızlarını sevməsindən də xeyli çox idi. Belə ki, ata və övlad məhəbbətini ötüb keçmişdi".

Aişə bu haqda deyir: "Mən kəlam və hədisdə Peyğəmbərə (s) Fatimə (s.ə) qədər bənzəyən başqa birini görmədim. Nə zaman Fatimə (s.ə) Peyğəmbərin (s) yanına gəlsə idi, Həzrət (s) ona "xoş gəlmisən" deyərdi və ayağa qalxardı. Əlindən tutar, öpər və öz yerində əyləşdirərdi".

Həzrət Peyğəmbərin (s) qızına olan bu məhəbbəti dillər əzbəri idi.

Aişəyə sual verirlər ki, Peyğəmbər (s) üçün ən məhbub insan kimdir? O, cavab verir: "Kişilərin arasında ən məhbub olanı - Əli (ə), xanımlar arasından ən məhbub olanı - Fatimədir (s.ə)".

Həzrət Rəsuli-Əkrəm (s) özü də bu həqiqəti təsdiq edib buyurmuşdur: "Mənim üçün ən məhbub insan - Fatimədir (s.ə)".

Həzrət Peyğəmbər (s), öz Əhli-Beytinin (ə) ali məqamını insanlara tanıtmaq üçün bir sıra hallarda bu məhəbbətindən məclislərdə də danışardı.

Həzrət Peyğəmbər (s) Mübahilə günündə Həzrət Zəhranın (s.ə) mübarək varlığı ilə elan etmək istədi ki, Allah qadın ilə kişi arasında fərq qoymur.

İnsanı Allah yanında ucaldan əməl - təqvadır. Ona görə də Mübahilə günündə Həzrət Zəhra (s.ə) İmam Əlinin (ə), İmam Həsənin (ə) və İmam Hüseynin (ə) yanında qərar tutmuşdu.

Atasının vəfatından sonra isə Xanım (s.ə) risalət və vilayəti müdafiə edən və bu yolda mübarizə aparan mücahidə çevrildi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
583 521 515 496 427 457

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.