ice berg

ice berg Bürclər 8-09-2023, 12:00

08.09.2023 Tarixinin bürc proqnozu

08.09.2023 Tarixinin bürc proqnozu


Qoç♈️
Vacib qərarlar qəbul etməyə tələsməyin. Bu gün mövcud vəziyyəti obyektiv qiymətləndirmək o qədər də asan olmayacaq.Arzulamaq günah deyil, arzulaya,  imkanlarınızı yüksək qiymətləndirə bilərsiniz.

Buğa♉️
Hər şey asan olmasa belə,  yenə də çox şeydə uğur qazanacaqsınız. Adi üsulların təsirli olacağı ehtimalı azdır.Buna görə spontan davranmağa hazır olun. 

Əkizlər♊️
Evdə həmişəkindən daha çox narahatlıq ola bilər. Ola bilsin ki, yaxınlarınızdan birinin köməyinizə ehtiyacı olsun. Günün ikinci yarısı ailə tədbirləri, qohumlarla görüşlər və ümumi işlərin müzakirəsi üçün münasibdir.

Xərçəng♋️
Bu gün ilk növbədə sizi çaşdıran suallara cavab axtaracaqsınız.İntuisiya və müşahidə, çox fərqli insanlarla danışıqlar aparmaq, onlardan məlumat almaq bacarığı buna kömək edəcək.
Son zamanlara qədər gərgin olan münasibətlərdə yaxşılığa doğru dəyişikliklər olacaq.

Şir♌️
Gün ünsiyyət üçün xüsusilə əlverişli olacaq. Yeni tanışlıqlarda xoş təəssürat yaradacaq.Sevdiklərinizi mükəmməl anlayacaqsınız.

Qız♍️
Gün gözlənilməz xəbərlər və heyrətamiz hadisələrlə dolu olacaq.Əvvəllər tərtib edilmiş planlara sadiq qalmaq çətin olacaq.Bu sizi kədərləndirməyəcək, əksinə sevinəcəksiniz.

Tərəzi♎️
Gün gərgin hadisələrlə dolu  və çox məhsuldar olacaq. Planladığınız hər şeyi, etmək üçün vaxtınız olacaq. Bəzi çətinliklər yarana bilər, ancaq siz onları həll etməyi bacaracaqsınız.

Əqrəb♏️
Sizi yaxşı tanıyan insanlar tərəfindən verilən məsləhətlərə qulaq asmağa dəyər.
Səhvlərdən qaçın, belə olarsa, məqsədinizə tez çata bilərsiniz. Uzunmüddətli planlar qura bilərsiniz, amma onları heç kimlə  müzakirə etməyin.

Oxatan♐️
Boş yerə vaxt itirməsəniz və əzmkarlıq göstərsəniz çox şeyə nail olacaqsınız. Gün bəzi uzunmüddətli layihələri həyata keçirmək üçün münasibdir.Başladığınız işdən əl çəkməyə tələsməyin

Oğlaq♑️
Gün çox gözəl başlayır.Günün  birinci yarısı sizi xoş xəbərlərlə sevindirəcək. Bu zaman bəzi Oğlaqlar imtina etmək istəmədikləri təkliflər alacaqlar. İntuisiyaya qulaq asmağa dəyər

Dolça♒️
Planları qurmaq və müzakirə etmək üçün yaxşı gündür.İntuisiyanıza güvənin. Ümumiyyətlə insanın iç səsi heç bir zaman onu aldatmır.

Balıqlar♓️
Bu gün ciddi işlərlə məşğul olmaqdansa, istirahət üçün daha yaxşıdır. Diqqəti cəmləmək həmişəkindən daha çətin olacaq.Nəyisə gözənqaçırmaq riski var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
485 501 400 413 447 392

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.