_sabina_

_sabina_ Maraqlı 4-08-2017, 14:49

-dostum səhvin nə?deyəndə,tutmadınki söhbət sənnən gedir ^_^

-dostum səhvin nə?deyəndə,tutmadınki söhbət sənnən gedir ^_^
-dostum səhvin nə?deyəndə,tutmadınki söhbət sənnən gedir ^_^

Qapını bağladım və səsimin yüksək tonu ilə: -Mənə xəyanət eləmək üçün səbəb göstər?!Niyə belə bir alcaqlığa əl atdın ki?!Üzümə səssiz baxma!Başa düşürsən,keçərli bir səbəb göstər!.Denən,məndə nəyi tapmadın ki,gedib başqa qadınlara sığındın?!Cavab gözlüyürəm,bir din səbəb göstər mənə.. O isə sadəcə üzümə baxırdı,peşmançılıq hissi bütün çöhrəsinə yayılmışdı.. -Başa düşə bilmirəm səni..Mən bütün həyatımı sənə həsr eləmişdim axı..Sənə sevgi vermişəm mən..Sənin ən pis günlərində yanında olmuşam..Gecəyə qədər evdə sənin yolunu gözləmişəm..Hər şeydən əvvəl bir ana öz övladını qoruyan kimi qorumuşam səni..Heç vaxt sənə qarşı səmimi olmağdan boyun qaçırmamışam..Bütün mənfi xüsusiyətlərinlə qəbul eləmişəm səni..Heç vaxt insanların “əhli kef adamdır əş” kimi cümlələrinə qulaq verməmişəm mən..İşim sadəcə sənə bərk-bərk tutunub sevməkdən ibarət olub..Güldən ağır söz deməmişəm mən sənə..Sən mənə dəfələrlə əl qaldırsan da,mən səsimi çıxartmayıb ilk günki kimi sevməyə davam etmişəm səni..Ama sən.. Bir az dərindən nəfəs alıb masada əyləşdim. -Xahiş edirəm,cavab ver..Məgər heç göstərə bilməmişəm sənə sevgimi ?
O heç bir şey danışmadı..Sadəcə paltosunu alıb qapını üzümə çırparaq tərk elədi otağı..Mən isə hələ də onu sevirdim..Bu qədər olanlara baxmayaraq sevməyə davam edirdim..Sevgim o qədər böyük idi ki,onun xəyanəti belə məni onu sevməkdən imtina etdirə biləcək bir gücə sahib deyildi..Ən pisi də bilirsiz nə idi ?
O yenə də öz xəyanətinə,mən isə axmaq bir qadın olaraq onu bütün saflığımla sevməyə davam edəcəkdim..


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
617 633 540 521 577 539

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.