ice berg

ice berg Sevgi 22-09-2023, 12:00

Sən məni yaxşı yuxudan oyatdın

Sən məni yaxşı yuxudan oyatdın
Pis yuxudan oyanmaqdan daha pis olan bilirsən nədi, Meri? Yaxşı yuxudan oyanmaq. Sən məni yaxşı yuxudan oyatdın. Başımı sığalladın əvvəl, nağıllar danışdın, dedin ki, şüşənin arxasındakı qızılgülü qorumalıyıq, sən əhliləşdirdiyinə həmişəlik cavabdehsən. Sonra pəncərəni açıq qoyub getdin. Üşüyüb durdum yuxudan. Özün oyatsan, bəlkə də yuxuya gedə bilərdim təzədən. Amma öz-özünə oyanmaq heç yaxşı deyil. Üstünü örtəcək birini axtarır adam. İndi gözümə yuxu getmir. Yuxu da görmürəm heç. Pəncərələri də bağlamıram istiyə öyrəşməmək üçün. Yaxşı yuxudan duran adama yatmaq necə dəhşətlidir bir bilsən. Yuxu görməmək üçün dua edirəm. Yaxşı yuxular görməkdən qorxuram, Meri..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
671 701 528 528 570 512

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.