ice berg

ice berg Azərbaycan 27-09-2023, 19:50

"44 günlük Vətən müharibəsi dünyanın ən güclü ordularının arsenalını əl gəzdirməyə ehtiyac yaratdı"- Hərbi ekspert

"44 günlük Vətən müharibəsi dünyanın ən güclü ordularının arsenalını əl gəzdirməyə ehtiyac yaratdı"- Hərbi ekspert
Bu gün Vətən müharibəsinin başlamasından üç il ötür. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayıb. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.

Məsələ ilə bağlə hərbi ekspert Səxavət Məmməd açıqlama verib:

"44 Günlük müharibə təkcə Azərbaycan hərb tarixində deyil, həmdə dünya hərb tarixində yeni nəsil müharibənin əsasını qoyub. İlk dəfə olaraq Vətən müharibəsində açıq dronlar istifadə edilib. Bayraktarla Haropun bir biri ilə əlaqəsi nəticəsində qazanılmış uğurlar hərb tarixi üçün yenilikdir. Bu nəyinki Azərbaycanda, eləcə də dünyada önəmli sayıldı

Azərbaycan ordusu yeni nəsil müharibənin əsasını qoydu . Rusiya Ukrayna müharibəsində də Vətən müharibəsinin oxsar hadisələrini görməyə başladıq. Vətən müharibə dünyanın ən güclü ordularının arsenalını əl gəzdirməyə ehtiyac yaratdı

ABŞ və Rusiya generalları Azərbaycanın keçirdiyi müharibədən sonra ordularının arsenalını yeniləyəcəkləri bildirdi. Çünki Bayraktar, Harop tipli dronlar bir çox məsələlərini beş qat asandlaşdırırdı. Azərbaycan 44 günlük müharibə ilə digər ölkələrə örnək oldu. Azərbaycan ordusu yeni briqadalar yaratdı Hesab edirəm ki bundan sora da Azərbaycan ordusu komanda briqadalarını sayını artırmalı və onları daha da təkminləşdirməlidir".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
521 527 437 451 482 417

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.