Gözlərindən öpürəm, Özünə yaxşı bax..

Bu gün yadıma düşdün sevdiyim...
Bu gün "biz" yadıma düşdük. Ayrıldığımzdan bəri ilk dəfə mən bu gün ağladım. O içimdə olan ümid sanki bu gün ölmüşdü. İlk dəfə bu gün, bu soyuqda gözlərimdən o yaşlar süzüldü. İçimin nə qədər yandığını, isti yaş damlalar yanaqlarımdan süzülərəkən hiss etdim. Mən bu gün sənin üçün darıxdım. Hansı ki, məni canından sevən sən üçün. Səsin üçün, qoxun üçün, ən çoxda gözlərin üçün. O gözlərə baxmamaq üçün özümə nə qədər əzab verdiyimi anlaya bilməzsən...
İlk dəfə bu gün, səni necədə saf bir sevgi ilə sevdiyimi anladım.
Sənli günlərimi xatırladım. Hansı ki,utandığımdan gözlərinə baxmadığım, yanında otura bilmədiyim vaxtları. Sən məni soyuq bilərdin. Halbuki, mən sənə olan o dəlicəsinə sevginin həyəcanından nə edəcəyimi bilmirdim. Yanında oturarkən, ürəyimin ağzımda olduğu yadıma düşür. Əllərimin titrədiyi, səsimin necə titrədiyi. Gözlərinə belə baxa bilməzkən, mənim ola biləcəyini xəyal edirdim... Bu gün içimdəki 17 yaşlı qızcığazın sənə çox ehtiyacı vardı. Gözlərinə, səsinə, xoş sözlərinə... İlk dəfə bu qızcığaz sənin üçün çox darxmışdı. Hər kəsə səni unutduğunu deyən mən bu gün yaralı bir uşağın anasına sarılmaq istədiyi kimi sənə sarılmaq istəmişdim. Ən içdən...Sarılsam inan buraxmazdım... Bu qızcığaz ilk dəfə sanki bu gün darıxmağın nə demək olduğunu anladı. Yayda qış üçün, qışda yay üçün darıxdığın qədər yox. Atasını itirmiş bir qızcığazın atasının şərfinə sarılıb, qoxladığı qədər çox darxdım.
Aşiq olduğun bu gözlər bu gün sənin üçün islandı. Bu gün sənə görə bu gözlərdən yaşlar bir bir intahar etdi. Söylə sevdiyim hansı qadın bu qədər çox sevər? Hansı qadın ona xəyanət edən adam üçün bu qədər çox darıxar? Hansı qadın getdiyi halda hələdə sevdiyi adam üçün dualar edər? Hansı qadın hələdə gözləyər? Yadında mənə "Yaddaşımı itirsəm belə səni unutmaram" deyərdin. Nə oldu sevgilim? Nə tez unutdun məni. Bəlkə yaddaşını itirmədin ama
başqa qadında səni hələdə sevən məni itirdin.Gözlərindən öpürəm.
Özünə yaxşı bax..