Lusi

Lusi Sevgi 4-08-2017, 22:05

Özünə yaxşı bax gözlərinə kül olduğum..

Özünə yaxşı bax gözlərinə kül olduğum..
Özünə yaxşı bax gözlərinə kül olduğum..



Bu gün yenə ağladım. Amma bu dəfə nə üçün ağladığımı belə bilmirdim. Sadəcə içimdən dərin dərin ağlamaq gəlirdi. Bu gün özümə yaxşılıq etdim. Ağlamamaq üçün özümü dayandırmadım. Əksinə məni ağladacaq mahnılara qulaq asdım, 1-2 saat sadəcə gəzdim. Hava aldım. Mənə təsir edən bilirsən nədi? Hər unutdum dediyim anda sənin haqqında bir şey eşidirəm, bir qıza yazdığını, onu istədiyini filan, ya da hər şey qırağa hansısa qıza baxdığını görürəm o an özümü saxlaya bilmirəm. Içimdən ağlamaq gəlir."Axı niyə?" deyirəm öz - özümə. "Niyə mən yox o?Axı nəyim əksik idi?Niyə sevmədin?O qədərmi çirkin idim?O qədərmi pis biri idim? Niyədə? Nə üçün? Sevgim sənə bəs etmədi? Ya nə?" bu sualları ən çoxda sənə vermək istəyirəm. Axı niyə bu lənətə qalmış hər günümdə ağlıma gəlirsən? Bu gün Allaha səni içimdən alsın deyə yalvardım. Çünki bu ürək dözmür. Bu ürək sənə görə hər kəsi silir, hər kəsə sərt olur. Bir sənə gələndə o qədər yumşalırki mən belə inana bilmirəm özümə.
Birdə bir mahnı var ona hər qulaq asanda ağlayıram. Sanki mənim deyə bildiklərimi deyir. Rəsmilərini qucaqlayıb ağlayıram. Hə birdə arada onları öpürəm. Hərdən yoxluğunu o qədər hiss edirəm ki..Əslində sən olanda belə yox idin. Heç vaxt varlığını hiss etməmişdim. Yoxluğun necə belə incidir baş aça bilmirəm. Birdə təzə tapmışam deyəsən hər ağlıyanda çəkdiyim acını hiss et deyə Allaha yalvarıram. Birazda olsa hiss et istəyirəm. Bəzən çünki ağlıma gələn düşüncələrlə mən belə baş edə bilmirəm.
Barışmayacağımızı bilirəm. Gəlsən yenidən olmayacağımızıda bilirəm.Amma niyə bu qədər inadla hələdə səni sevdiyimi bimirəm. Tək güvəndiyim şey Allaha etdiyim dualardı.Onlara güvənirəm. Yaxşı olacağına inanmaq istəyirəm. Çünki tutuna biləcəyim başqa şey yoxdu. Hər insan dəyişər elə deyil?Səndə dəyişə bilərsən. Daha mümkün ola bilərik.Düz demirəm məgər?Imkansız deyə bir şey yoxdur axı. Hər şey həmişə yaxşıya doğru dəyişir axı.
Ən axmaqca olan hərəkətim bilirsən nədi?Sənin başqasını sevməyinə baxmayaraq mən hələdə, və yenə də hələ də sənin yaxşı olmağın üçün dua edirəm.Səncə də bu haqsızlıq deyil? Hər gün sanki işim peşəm bu imiş kimi sənə dua edirəm.
Özünə yaxşı bax gözlərinə kül olduğum..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
620 670 686 605 624 641

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.