ice berg

ice berg Azərbaycan 6-11-2023, 17:53

Zəfərə gedən yol: "Azərbaycan bir neçə ilə itirilən əraziləri, cəmi 44 gün ərzində geri qaytardı"

Zəfərə gedən yol: "Azərbaycan bir neçə ilə itirilən əraziləri, cəmi 44 gün ərzində geri qaytardı"
"30 il ərzində Azərbaycan torpaqları işğal altında qaldı. Həmin illər ərzində Azərbaycan həm ordu, həm də iqtisadiyyat sahəsini gücləndirməklə məşğul oldu. Ordu üçün yeni texnikaların alındı. Çünki Azərbaycan bilirdi ki, Qarabağda müharibə aparmaq çətin olacaq. Çünki bu ərazilərin relyefi çətin idi. Ona görə də Azərbaycan 30 il ərzində ordusunu gücləndirməyə, yeni silahların alınmasına özünü həsr edib".

Bu sözləri hərbi ekspert Səxavət Məmməd deyib.

"Həmin dövrdə baş verən proseslər onu göstərirdi ki, müharibə qaçınılmazdır. Çünki, qarşı tərəf danışıqlara yaxın durmurdu. 2020-ci ilin iyun aylarından Tovuz istiqamətində gedən döyüşlərdən sonra iki tərəfin də müharibəyə hazırlaşdığı artıq məlum idi. Ermənistan tərəfinin yüksəklikdə yerləşməsi onu göstərirdi ki, müharibə uzun çəkəcək və şəhidlərimin sayı çox olacaq.

Azərbaycan Ordusu neçə ilə itirillən əraziləri, cəmi 44 gün ərzində geri qaytardı. Bu isə Azərbaycan Ordusunun uğurlu əməliyyatlarının nəticəsidir. Bu da Azərbaycanı qələbəyə apardı. Üç il ərzində Azərbaycan ordusu bir neçə yüksəklikləri də işğaldan azad etdi. Laçın sərhəd keçid məntəqəsini qurduqdan sonra məlum oldu ki, Azərbaycan mütləq şəkildə antitterror əməliyyatı keçirəcək. Artıq Azərbaycan qalib ölkədir. Hazırda Azərbaycan üzərinə fərqli dövlətlət, fərqi təşkilatlar gəlir. Azərbaycanın indiki mövqeyi və ordumuz qüdrəti onu deməyə əsas verir ki, Azərbaycan qələbəni qoruyacaq və öz təhlükəsisliyini tam təmin edir".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
445 548 448 421 419 421

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.