ice berg

ice berg Moda.Dəb 7-11-2023, 21:00

Qadınları cavan göstərən geyimlər

Qadınları cavan göstərən geyimlər
Məşhur stilist Miranda Holder vizual olaraq qadınları gənc göstərən geyimləri açıqlayıb.

Loading.aZ xarici mediaya istinadən xəbər verir ki, mütəxəssis ilk növbədə böyük ölçülü gödəkcələri, geniş cins şalvarları və çiyinli köynəkləri məsləhət görüb.

Belə geyimlər çiyinləri vizual olaraq düzəldir və bununla da sinə vurğulanır.

"Əlavə olaraq, köynəklərlə mirvari boyunbağ taxmaqla üslubunuzu daha da nəzərəçarpan edə bilərsiniz", - Holder bildirib.

Bundan əlavə, mütəxəssis müğənni Dua Lipa və model Bella Hadidin son vaxtlar geyinməyə üstünlük verdikləri jiletlərə diqqət çəkib . Holderin sözlərinə görə, onlar universaldır və istənilən məhsulla birləşdirilə bilər.

Digər şeylər arasında, atlaz ətəklər və "piercing" sırğalar sizi daha gənc göstərəcək qarderob əşyalarıdır.

"Uzun sırğaları atın və əvəzinə "piercing" sırğalar taxın. Onlar nə qədər böyükdürlərsə, bir o qədər yaxşıdır. Ancaq onları heç vaxt boyunbağı ilə birləşdirməyin", - Holder xəbərdarlıq edib.

Modelyer sonda uzunboğaz çəkmələri qeyd edib:

"Bu çəkmələrin müəyyən bir cazibəsi var. Digər ayaqqabılarda bu yoxdur. Zamşa materiallı ayaqqabılar seçməyiniz məsləhətdir".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
263 251 274 186 255 203

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.