ice berg

ice berg Azərbaycan 8-11-2023, 18:00

"Xankəndidə keçirilən parad Azərbaycan birliyini ifadə edən zəfər paradıdır" - DEPUTAT

"Xankəndidə keçirilən parad Azərbaycan birliyini ifadə edən zəfər paradıdır" - DEPUTAT
"Hərbi paradın Xankəndidə keçirilməsi Azərbaycan xalqı üçün çox qürurlu bir gündür. Qürurlu və şərəfli bir tarixdir. Azərbaycan Ordusunun rəşadətini ifadə edən bir tarixi gündür".

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Onun sözlərinə görə, Azərbaycan artıq bütün ərazilərində öz suveren hüquqlarını bərpa edib:

"Bayrağımız Xankəndidə, Xocalıda dalğalanır. Bu eyni zamanda Azərbaycanı istəməyən qüvvələrin, 30 ildir Qarabağ problemini qabardan və onun həllinə bütün var gücü ilə mane olan Ermənistanı dəstəkləyən güclərə bir dərsdir. Azərbaycan artıq möhtəşəm bir orduya malikdir. Azərbaycan birliyini ifadə edən bir zəfər paradıdır".

Tarixçi-alim Zaur Əliyev bildirib ki, 1453-cü ildə Fateh sultan Mehmet İstanbula daxil olarkən bütün dünyanın gözü o torpaqlarda idi. 8 noyabrda Azərbaycan Ordusunun Xankəndidəki hərbi paradı İstanbulun fəthi qədər önəmlidir:

"Amma biz ondan fərqli olaraq öz torpağımıza, doğma Xankəndimizə geri qayıtmışıq. Bu bir azadlıqdır. 20-50 il keçəcək Xankəndi tarixin sonuna qədər Azərbaycan şəhəri olaraq qalacaq. Azərbaycan ərazi bütövlüyü daxilində böyük bir tarixi şəhərimiz kimi yaşayacaq və inkişaf edəcəkdir. Yüz illər sonra bizim gələcək nəsillərimiz bu günü görmək və yaşamaq üçün nələrindən belə keçməzlər. Bu gün 2023-cü ilin 8 noyabrı Azərbaycan tarixində bir dönüş nöqtəsi olacaq. Bu dönüş nöqtəsi ilə biz nəinki bütün dünyaya, bundan sonra gələcək bütün dövrlərdə olacaq dövlətlərə, xalqlara, millətlərə mesaj verəcəyik. Bir xalq öz torpağını necə geri ala bilir. Biz dünya hərb tarixinə bunu yazacağıq və göstərəcəyik. Mən hesab edirəm ki, Xankəndi şəhərinin azad olunması, hərbi paradın keçirilməsi və infrastrukturun yaradılması, azərbaycanlıların köçürülməsi tarixi ədalətsizliyə son qoydu. Çünki bu şəhər Azərbaycan şəhəri kimi salınıb. Bu şəhər Azərbaycan xalqına məxsusdur. Xankəndi Azərbaycan xalqının bir incisi və mirvarisidir. Biz bunu mütləq şəkildə qorumalı və gələcək tarixə aparmalıyıq".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
500 480 467 481 473 404

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.