ice berg

ice berg İslam Dini 19-11-2023, 17:00

Niyə Yasin surəsi oxunarkən əvvəlində ayağa qalxırlar?

Niyə Yasin surəsi oxunarkən əvvəlində ayağa qalxırlar?
Yasin surəsinin əvvəlində surənin adının götürüldüyü “ya” və “sin” kəlmələri gəlir. Bəzi surələrin əvvəlindəki bu hərflərə təfsir alimləri fərqli izahlar vermişlər. Bunlara müqəttəə (qırıq-qırıq) hərflər deyilir. Surələrin əvvəlindəki müqəttəə hərflərin hər birinin fərqli mənaları vardır. Yasin surəsinin əvvəlindəki “ya” və “sin” hərflərinə verilmiş izahlardan biri bundan ibarətdir ki, bunlar “ya seyyid” ifadəsinin baş hərfləridir. Seyyid ərəb dilində ağa mənasını bildirir və ehtiramı ifadə edir. Yasin surəsinin əvvəlindəki bu ifadənin Həzrət Mühəmməd Peyğəmbərə (s) işarə olduğunu deyirlər. Surə tilavət edildikdə əvvəldəki həmin hərfləri oxuyan və dinləyən şəxslər adətən ya yerlərindən qalxır, ya da heç olmasa əllərini sinələrinə qoyub salavat söyləyirlər. Bununla da Peyğəmbərin ruhuna ehtiram ifadə olunur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
510 477 416 422 418 488

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.