HASANLY

HASANLY İdman 24-11-2023, 11:51

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin oyunlarına təyinatlar açıqlanıb

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin oyunlarına təyinatlar açıqlanıb
Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının Millətlər Liqasında keçirəcəyi oyunların təyinatları bəlli olub.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi saytı xəbər verir ki, Kipr-Azərbaycan matçını Belçikadan olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Karolin Lanssensa İrmqard Van Meirvenne və Marqot Yacobs kömək göstərəcək. Dördüncü hakim funksiyasını Yana Van Laere yerinə yetirəcək.
Azərbaycan-Farer adaları matçı İsveçdən olan ədalət təmsilçilərinə həvalə edilib. Əsas hakim Lovisa Johanssona Kamilla Stendal və Jilan Taher yardımçı olacaq. Dördüncü hakim isə Maral Mirzai Benidir.

Qeyd edək ki, ilk görüş dekabrın 1-də Limassolda, ikinci oyun dekabrın 5-də Bakıda gerçəkləşəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
286 304 320 249 341 349

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.