HASANLY

HASANLY İdman 30-12-2023, 15:07

Sergen Yalçın Şahruddinin baş məşqçisi ola bilər

Sergen Yalçın Şahruddinin baş məşqçisi ola bilər
Patrik Klyuverti istefaya göndərən Türkiyənin “Adana Demirspor” klubu baş məşqçi axtarışlarını davam etdirir.

Super Liqa təmsilçisini çalışdırmağa ən real namizəd Sergen Yalçındır.

“Mavi şimşəklər”in rəhbərliyi dünən İstanbulda 51 yaşlı mütəxəssislə görüşüb. Tərəflər arasında 1,5 illik müqavilə ilə bağlı razılıq əldə olunub.

Sergen Yalçın son olaraq “Beşiktaş”ı çalışdırıb. O, məşqçilik karyerası ərzində daha əvvəl “Qaziantepspor”, “Sivasspor”, “Kayserispor”, “Eskişehirspor”, “Konyaspor”, “Alanyaspor” və “Yeni Malatyaspor”da işləyib.
Qeyd edək ki. Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev “Adana Demirspor”da çıxış edir.

Mənbə: Sabah

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
297 296 252 313 277 266

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.