HASANLY

HASANLY İdman 3-01-2024, 15:07

Mahir Emreli “Dinamo”nun 2024-cü ildəki ilk məşqində iştirak etməyib

Mahir Emreli “Dinamo”nun 2024-cü ildəki ilk məşqində iştirak etməyib
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” klubunun 2024-cü ildəki ilk məşqinə qatılmayıb.

“Dinamo” klubunun rəsmi “YouTube” kanalında yayımlanan son videoda Zaqreb klubunun bütün aparıcı futbolçularının məşqdə olduğu müşahidə edilsə də, millimizin hücumçusu gözə dəyməyib.

Xatırladaq ki, Xorvatiya mətbuatı artıq bir müddətdir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emrelini “Dinamo”nun transferə çıxaracağını yazıb.
Bildirilib ki, Zaqreb təmsilçisi qış fasiləsində bir neçə futbolçusunu satmağı planlaşdırır ki, onlardan biri də Mahir Emrelidir. İddia olunur ki, 26 yaşlı hücumçunun çıxışı baş məşqçi Sergey Yakiroviçin ürəyincə deyil.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
356 295 300 321 354 311

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.