Ulya

Ulya Məsləhətlər 8-08-2017, 06:00

Botoksdan da təsirli MASKA

Botoksdan da təsirli MASKA
Botoksdan da təsirli MASKA


Qeyd edək ki, sağlam dərinin sirri düzgün qidalanma, bol su içmək, stresdən uzaq durmaq, daim idman etməkdədir. Bununla yanaşı dərinizə əlavə qulluq kimi evdə hazırlaya biləcəyiniz maskalar da mövcuddur. Əgər botoks etdirməkdən çəkinirsinizsə, bu maskanı mütləq sınaqdan keçirməlisiniz.

RESEPT:
1 yemək qaşığı soda
2 yemək qaşığı saf bal
1 damcı təbii lavanda yağı
1 damcı təbii günlük yağı (Bu yağ Hindistanda və Afrikada yetişən bir ağacın qabıqlarından hazırlanır və apteklərdən əldə etmək olar)

Hazırlanması:
1 - Bal və sodanı krem halı alana qədər qarışdırın.

2 - Lavanda və günlük yağını da qarışıma əlavə edin

3 – Qarışımı təmizlənmiş cildinizə nazik lay şəklində çəkin. Təmiz, isti bir parçayla üzünüzü örtün. Bir neçə dəqiqə ərzində dərinizdəki məsamələr açılacaq.

4 – Dərinizə dairəvi hərəkətlərlə 3-5 dəqiqə masaj edərək maskanı təmizləyin. (Masaj edərkən diqqətli olun ki, dərinizə çox basmayasınız. Qan dövranına və yağın cildə hopmasına şərait yaradın).

5 – İlıq su ilə üzünüzü yuyun.

6- Bu maskadan həftədə 1-2 dəfədən artıq istifadə etməyin.

Maskadan sonra dərini rahatlatmaq üçün gül suyundan istifadə edə bilərsiz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
600 579 426 486 503 546

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.